ABŞ atəşkəsə nəzarət etmək və Qəzza zolağına humanitar yardımların göndərilməsini koordinasiya etmək üçün İsrailə 200 hərbçi göndərilməsini istəyir.
AzPost bildirir ki bu barədə “The Wall Street Journal” Pentaqondakı mənbəyə istinadən yazır.
Nəşrin məlumatına görə, qoşunların əsas vəzifəsi yerlərdə vəziyyətin monitorinqi və humanitar karvanların təhlükəsiz keçidinin təmin edilməsinə yardım etmək olacaq. Amerikalı mütəxəssislər də tezliklə missiyaya qoşulacaqları gözlənilən beynəlxalq tərəfdaşların hərəkətlərinin əlaqələndirilməsinə köməklik göstərəcəklər.
Mənbə vurğulayıb ki, ABŞ-ın iştirakı sırf koordinasiya və müşahidə məqsədi daşıyır və Amerika qoşunlarının birbaşa döyüş əməliyyatlarına cəlb olunmasını nəzərdə tutmur.