Bakı. Trend:
Beynəlxalq Valyuta Fondu (BVF) “Regional Economic Outlook” adlıoktyabr buraxılışında Azərbaycanın nominal ÜDM-i üzrə proqnozlarınıaşağı salıb.
Trend xəbər verirki, yenilənmiş məlumatlara əsasən, BVF 2025-ci il üçün Azərbaycanınnominal ÜDM-ni 76,4 milyard dollar, 2026-cı il üçün isə 80 milyarddollar səviyyəsində proqnozlaşdırır. Halbuki, may buraxılışında bugöstəricilər müvafiq olaraq 78,9 milyard və 81,9 milyard dollarsəviyyəsində gözlənilirdi.
BVF-nin 2030-cu ilə dair uzunmüddətli proqnozu isə demək olarki, dəyişməz olaraq - 100,8 milyard dollar səviyyəsində qalıb ki,bu da may ayında verilən 100,9 milyard dollarlıq proqnozdan birqədər aşağıdır.
Azərbaycan hökumətinin proqnozuna görə, 2026-cı ildə ölkəninÜDM-i 134,1 milyard manat (78,88 milyard dollar) olacaq. Buməbləğin 101,7 milyard manatı (59,82 milyard dolları) qeyri-neftsektorunun payına düşəcək.
Beləliklə, gələn il ölkə iqtisadiyyatının 3,2 faiz səviyyəsində,o cümlədən qeyri-neft sektorunun 8,8 faiz artım göstərəcəyiproqnozlaşdırılır.
Azərbaycan hökumətinin yenilənmiş proqnozlarına əsasən, bu ilölkənin ÜDM-i 129,9 milyard manat (76,41 milyard dollar) təşkiledəcək, bunun da 93,5 milyard manatı (54,99 milyard dolları)qeyri-neft sektorunun payına düşəcək.