AZ

Adanada 19 İŞİD üzvü tutulub

ain.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin Adana şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Adana prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Adanada  keçirilən əməliyyatla 19 İŞİD üzvü saxlanılıb: "Şəhərdə 25 fərqli ünvanda əməliyyat keçirilib. Şübhəli hesab olunan 19 şübhəli saxlanılıb. Onların üzərində silah və qadağan olunmuş təbliğat kitabları götürülüb.  İstaintaq davam edir"

Məlumatda deyilir ki, saxlanılan şübhəlilərdən bəziləri təşkilat adından bəzi iş yerlərini təhdid ediblər.

Firudin Səfərli

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
mia.az

1Mənbələr