Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun oğlu Junior milliyə dəvət alıb.
QOL.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyası məlumat yayıb. Junior ilk dəfə Portuqaliyanın U-16 yığmasına çağırılıb.
Portuqaliyanın U-16 millisi 30 oktyabr – 1 noyabrda Türkiyədə keçiriləcək Gənclik Kubokunda iştirak edəcək. Antalyada keçiriləcək turnirdə Portuqaliya eyni yaş qrupundan olan Türkiyə, İngiltərə və Uels komandaları ilə qarşılaşacaq.
Qeyd edək ki, Ronaldonun oğlu bundan əvvəl U-15 millisində oynayıb.