Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“İsrail Baş naziri Benyamin Netanyahu Kanadaya gələrsə, Beynəlxalq Cinayət Məhkəməsinin orderinə əsasən həbs ediləcək”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni “Bloomberg” agentliyinə müsahibəsində bildirib.
Karni həmçinin Fələstin dövlətinin tanınmasının onun siyasəti üçün prioritet olduğunu söyləyib.
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrail Baş naziri Benyamin Netanyahu və ölkənin keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə dair order verib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.