Bakı. Trend:
“Azərbaycan Respublikasının Prezidenti yanında VətəndaşlaraXidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılanvəsaitdən istifadə Qaydası”nda dəyişiklik edilib.
Trend-inməlumatına görə, bununla bağlı Azərbaycan RespublikasınınPrezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrəDövlət Agentliyinin sədri Ülvi Mehdiyev müvafiq qərarimzalayıb.
Sənədə əsasən, Dövlət Agentliyinin aparatının işçisinə əməkməzuniyyətində olduğu dövrdə mükafat müvafiq ay üzrə məzuniyyətgünlərinə düşən mükafat məbləğinin 30 %-imiqdarında, Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərindəfəaliyyət göstərən işçisinə əmək məzuniyyətində olduğu dövrdəmükafat müvafiq ay üzrə məzuniyyət günlərinə düşən mükafatməbləğinin 80 %-i miqdarında ödəniləcək.
“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlətorqanlarının işçisinə əmək məzuniyyətində olduğu dövrdə mükafat“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmətvə Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan“ASAN xidmət” mərkəzlərində və səyyar xidmətlərdə nəzarət vəqiymətləndirmə Qaydaları”na uyğun olaraq hesablanmış aylıq yekunbalına müvafiq miqdarda ödəniləcək.
Həmçinin, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digərdövlət orqanının işçisinə ayrılacaq vəsaitin bölgüsü “AzərbaycanRespublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosialİnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASANxidmət” mərkəzlərində və səyyar xidmətlərdə nəzarət vəqiymətləndirmə Qaydaları”na uyğun olaraq hesablanmış aylıq yekunbal əsasında həyata keçiriləcək.
“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlətorqanlarının işçilərinə müvafiq ay üzrə hesablanan mükafat vahidbalına düşən məbləğ əsasında müəyyən olunacaq. Müvafiq dövlətorqanının işçisinin vahid balına düşən məbləğin tapılması üçünhəmin dövlət orqanının işçilərinə bölünən vəsait bu işçilərin aylıqyekun ballarının cəminə bölünəcək. Daha sonra “ASAN xidmət”mərkəzlərində fəaliyyət göstərən müvafiq dövlət orqanınınişçilərinin aylıq yekun balı onların vahid balına düşən məbləğəvurulmaqla aşağıdakı şərti misala uyğun onların mükafatıhesablanacaq:
işçinin aylıq yekun balı – 76.65;
müvafiq dövlət orqanının işçiləri arasında müvafiq ay üzrə bölünənvəsait – 799.2+2700 (300 manat x 9 işçi) =3499.2 manat;
müvafiq dövlət orqanının işçilərinin aylıq yekun ballarının cəmi –664.81;
vahid bala düşən məbləğ – 3499.2/664.81 = 5.26 manat;
müvafiq ay üzrə işçiyə hesablanan mükafat – 76.65 * 5.26= 403.44manat
Məlumat üçün bildirək ki, qərar oktyabrın 2-də qəbul edilib,oktyabrın 13-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib,oktyabrın 14-dən qüvvəyə minib.