AZ

Avropa İttifaqı etil spirtinin istifadəsini qadağan edə bilər

Avropa Kimya Agentliyi (ECHA) etil spirtini (etanol) kanserogen maddə kimi təsnif etməyi nəzərdən keçirir. Bu qərar qəbul olunarsa, maddənin səhiyyə müəssisələrində istifadəsinə qadağa qoyula bilər.

Editor.az xəbər verir ki, bu barədə Financial Times nəşri məlumat yayıb.

Məlumata görə, Agentliyin işçi qruplarından biri oktyabrın 10-da etanolun xərçəng və hamiləlik dövründə ağırlaşma riskini artıran zəhərli maddə kimi qiymətləndirildiyi barədə daxili tövsiyə hazırlayıb.

ECHA-nın Aktiv Biosidal Maddələr üzrə Komitəsi noyabrın 24–27-də iclas keçirəcək və bu məsələ ilə bağlı yekun qərar qəbul edəcək. Daha sonra Komitə öz tövsiyələrini Avropa Komissiyasına təqdim edəcək.

Hazırda alkoqol əsaslı dezinfeksiyaedici vasitələr Aİ-də təhlükəsiz hesab olunur və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 1990-cı illərdən etibarən Əsas Dərmanlar Siyahısına daxildir.

Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqının filtrli siqaretlərin və elektron siqaretlərin qadağan edilməsini də müzakirə etdiyi bildirilmişdi.

//Gülnarə Abasova, Editor.az

Seçilən
150
11
editor.az

10Mənbələr