AZ

Məhkəmə Qukasyanla bağlı qərar verdi: Bütün gecəni işə baxıb

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Gümrü şəhərinin meri Vardan Qukasyanı iki ay müddətinə həbs edib.

Publika.az xəbər verir ki, bu barədə onun vəkili Zarui Postancyan jurnalistlərə bildirib.

“Məhkəmə həbs qərarına bütün gecəni baxıb və yalnız səhər tezdən müşavirə otağına çəkilib”, - vəkil bildirib.

Vəkilin qeyd edib ki, merin həbsi üçün heç bir əsas yoxdur. Üstəlik, Qukasyanın vəzifəyə gəldiyi ilk gündən onun telefonunun dinlənildiyi məlum olub.

"Seçilmiş mer həbs edilib. Biz Gümrüdə xaos yaratmaq məqsədi daşıyan açıq-aşkar təşkil edilmiş cinayət işi ilə məşğul oluruq", - Postancyan deyib.

Seçilən
81
publika.az

1Mənbələr