Azərbaycanla Mərkəzi Asiya ölkələrinin münasibətləri "6-lıq" modelini formalaşdırır
                    
                         
"Son aylarda Prezident İlham Əliyev Türkmənistan, Tacikistan və Qazaxıstana səfərlər edib. Hazırda Qazaxıstana dövlət səfərindədir".
aia.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında bildirib.
Onun sözlərinə görə, əvvəllər Azərbaycanka Mərkəzi Asiya ölkələrinin münasibətləri “5+1” formulu ilə təsvir edilirdisə, bu gün həmin konsepsiya riyazi ifadədən çıxaraq siyasi və tarixi reallığa çevrilib.
“Artıq bu münasibətlər vahid "6-lıq" modelini formalaşdırır. Bu, ortaq tarix, mədəniyyət, ənənə, etnik və dil yaxınlığına əsaslanan inteqrasiyanın dərinləşməsini və ortaq taleyi əks etdirən geosiyasi vahidliyin təzahürüdür”, – Hikmət Hacıyev qeyd edib.
aia.az 
 
 
                        
                    
                    
                
                
                
             
         
        
     
 
 
 
         
        
        
        
        
