AZ

Telegram bloqçularının gəlirləri 20% azalıb

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Telegram-ın aparıcı bloqçularının gəlirləri 2025-ci ilin ilk üç rübündə 144 milyon rubldan 119 milyon rubla, yəni təxminən 20% azalıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “İzvestiya” Bloqerlər və Agentliklər Assosiasiyasının (ABA) məlumat yayıb.

Azalmanın səbəbləri arasında messencerin Rusiyadakı statusunun qeyri-müəyyənliyi, reklam artımının ləngiməsi və brendlərin daha seçici davranışı göstərilir.

Top bloqçular arasında yalnız Kseniya Borodinanın gəliri 4,5% artaraq 9,2 milyon rubla yüksəlib. Digərləri isə gəlirlərini itiriblər: Kseniya Sobçak – 7,65 milyon, Artemy Lebedev – 6,15 milyon, Dima Maslennikov – 3,42 milyon, Yevgeni Koqan – 3,76 milyon rubla.

Ekspertlər, yüksək reklam qiymətləri səbəbindən top bloggerlərin gəlirlərinin gələcəkdə 3-5% artacağını proqnozlaşdırır, lakin inteqrasiya sayının azalmağa davam edəcəyini qeyd edirlər.

Brendlər riskləri azaltmaq üçün yalnız təsdiqlənmiş platformalara üstünlük verirlər, VK, Rutube və MAX kimi yerli platformalar isə mövqelərini gücləndirir.

Afət

Gununsesi.info 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
icma.az

1Mənbələr