AZ

ABŞ-ın dövlət katibi UNO-lara görə yata bilmir

ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, məxfi nüvə obyektlərinin yaxınlığında naməlum uçan obyektlərin (UNO) görünməsi onu yatmağa qoymur...

Poliqon bu barədə Daily Star-a istinadən xəbər verir.

O, bu barədə yaxınlarda treyleri ictimaiyyətə təqdim olunan "Açıqlama dövrü" sənədli filmində bildirib. Film UNO-ların əvvəllər görünməmiş üç videosunu nümayiş etdirməyi vəd edir.

Treylerdə Rubio vurğulayıb ki, strateji nüvə bazaları üzərində müşahidə edilən UNO-ların ABŞ ordusu və ya hökuməti ilə əlaqəsi yoxdur. Onun sözlərinə görə, bu sirli cihazların mövcudluğu yüksək vəzifəli dövlət məmurlarına çatdırılıb və potensial mənbələr bu UNO-lar haqqında sirlərin açılmasının onların həyatı üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq ediblər.

Rubio etiraf etdi ki, bu açıqlanmayan obyektlərin təbiəti onu təqib edir.

Poliqon.info

Seçilən
121
poliqon.info

1Mənbələr