İqtisadiyyat Nazirliyinin sifarişi ilə "Azərkosmos" ölkənin 30-50 sm görüntülü peyk təsvirlərini hazırlayır.
“APA-Economics” xəbər verir ki, bunu "Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili" adlı tədbirində İqtisadiyyat Nazirliyinin şöbə müdiri Anar Nərimanov deyib.
O bildirib ki, sözügedən peyk təsvirləri əsasında ölkənin müxtəlif relyef xəritələri hazırlanacaq:
“Bu da təkcə İqtisadiyyat Nazirliyi üçün deyil, bütün dövlət qurumları, dövlət təşkilatları, sahibkarlıq subyektləri və vətəndaşlara açıq resursa çevriləcək. Bu təsirlərdən Milli Məkan Məlumatları İnfrastrukturunun qurulmasında istifadə ediləcək”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta