AZ

BVF 2025-ci ildə Azərbaycanın qeyri-neft sektorunda real ÜDM artımı ilə bağlı proqnozlarını yeniləyib

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) “Regional Economic Outlook 2025”adlı oktyabr buraxılışında Azərbaycanın qeyri-xammal sektoruna aidÜDM-in artımı ilə bağlı proqnozlarını dəyişməz olaraq saxlasa da,neft sektoru üzrə proqnozlarına xəfif düzəlişlər edib.

Trend xəbər verirki, BVF-nin məlumatına görə, qeyri-neft sektorunun ÜDM artımı2025-ci ildə 4,5%, 2026-cı ildə 3,7% və 2030-cu ildə 3,5%səviyyəsində gözlənilir ki, bu da 2025-ci ilin mayında verilənproqnozlara tam uyğundur.

Neft sektoru üzrə isə BVF indi 2025 və 2026-cı illərdə 0,5%-lik,eləcə də 2030-cu ildə eyni səviyyədə azalma proqnozlaşdırır. Bu,2025-ci ilin may proqnozu ilə müqayisədə kiçik bir düzəlişdir;həmin vaxt 2025-ci ildə 0,2%, 2026 və 2030-cu illərdə isə 0,5%-likazalma gözlənilirdi.

BVF həmçinin, Azərbaycanın nominal ÜDM-ni 2025-ci il üçün 76,4milyard dollar, 2026-cı il üçün isə 80 milyard dollar səviyyəsindəqiymətləndirir. Bu göstəricilər may ayında verilmiş 2025-ci il üçün78,9 milyard və 2026-cı il üçün 81,9 milyard dollarlıqproqnozlardan bir qədər aşağıdır.

Seçilən
76
az.trend.az

1Mənbələr