AZ

Trampın Budapeştə səfərinə hazırlıqlar başlayıb

Macarıstanın xarici işlər naziri Peter Siyarto ABŞ prezidenti Donald Trampın Budapeştə planlaşdırılan səfərinə hazırlıq məqsədilə Vaşinqtona səfər edib.

Editor.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV yayıb.

Nazir Peter Siyarto səfəri ilə bağlı Facebook hesabında paylaşım edərək “Çətin günlər gəlir” yazıb (sözügedən sosial şəbəkə Rusiyada ekstremist təşkilat kimi tanınır və qadağan edilib). O, həmçinin Amerika nümayəndələri tərəfindən qarşılandığı Vaşinqton hava limanından fotolar da paylaşıb.

Məlumata görə, Vladimir Putin və Donald Tramp oktyabrın 16-da səkkizinci telefon danışığını keçiriblər. Söhbət zamanı tərəflər yaxın iki həftə ərzində Budapeştdə təkbətək sammitin keçirilməsi barədə razılığa gəliblər.

Bildirilir ki, Macarıstanda səfərə hazırlıqla bağlı artıq təşkilat komitəsi yaradılıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə açıqlamasında görüşün Budapeştdə keçirilməsinin “iki liderin və Macarıstan baş naziri Viktor Orbanın arasında mövcud olan isti və konstruktiv münasibətlərin nəticəsi” olduğunu qeyd edib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
54
editor.az

1Mənbələr