Amerika Birləşmiş Ştatları prezidentinin daimi iş və yaşayış yeri olan Ağ Evin bir hissəsi sökülür.
BAKU.WS xəbər verir ki, həmin ərazidə ABŞ Prezidenti Donald Trampın göstərişi ilə dəbdəbəli banket zalı inşa ediləcək.
Hazırda ikinti briqadaları 1902-ci ildə inşa edilən Şərq Qanadının bir hissəsini sökür. Söküntü işlərinə ötən gündən etibarən başlanılıb.
Məlumat üçün bildirək ki, Donald Tramp Ağ Evi həm də təmir etdirir. Banket zalı ilə birlikdə təmir işlərinə ümumilikdə 200 milyon dollar xərclənəcəyi proqnozlaşdırılır.
 
                        