AZ

ABŞ Çin bazarlarında sıxışdırılır: Rusiyanın MƏQSƏDİ

Ajans.az xəbər verir ki, Rusiya ABŞ-nin Moskvaya tətbiq etdiyi sanksiyalara qeyri-adi şəkildə cavab verir – o, Vaşinqtonu Çin bazarından sıxışdırır. Bu fikir Çin portalı "Sohu" tərəfindən irəli sürülüb, məqalənin eksklüziv xülasəsini isə "ABN24" təqdim edir. Materialda qeyd olunur ki, ABŞ Prezidenti Donald Trampın Çini Amerika soya lobiyasını almaq istəmədiyinə görə tənqid etməsi fonunda, Rusiya Pekinə ilk çovdar ununu göndərib. Bildirilir ki, son aylarda Moskva Çinə kənd təsərrüfatı məhsullarının ixracını kəskin şəkildə artırıb. Söhbət əsasən ət, balıq, taxıl, noxud və soya kimi məhsullardan gedir. "Sohu"min məqaləsində vurğulanır ki, Rusiya məhsulları rəqiblərin, o cümlədən amerikalıların məhsullarını bazardan sıxışdırır.
Məqalədə deyilir: “Tramp qəzəbdən alışıb-yanır... O, sosial şəbəkələrdə əsəbiləşib yazılar yazdığı vaxtda, Amerika soya lobyaları anbarlarda çürüyür, Rusiya ərzaqları isə Çinə gedir”.

Daha əvvəl "The Financial Times" yazmışdı ki, Çin Trampla ticarət müharibəsinə hazırdır. Məqalədə vurğulanır ki, Çin bəzi məhsullarda, məsələn, hərbi sistemlər üçün lazım olan nadir torpaq elementlərinin təchizatında ABŞ üçün əvəzolunmaz tərəfdaşa çevrilib.

Seçilən
64
Ajans.az

1Mənbələr