AZ

Yaponiyanın ilk qadın baş naziri haqda qəribə iddialar: Trampa oxşayır

BAKI, 21 oktyabr. TELEQRAF

Yaponiyanın yeni və ilk qadın Baş naziri Sanae Takaiçinin siyasi baxışları ilə “Hər şeydən öncə Amerika” şüarını müdafiə edən ABŞ Prezidenti Donald Tramp arasında oxşarlıqlar var.

Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post”un redaksiya məqaləsində bildirilir.

Qəzetin yazdığına görə, Yaponiya tarixində ilk dəfə qadın lider, “şahin baxışlı” siyasətçi baş nazir olub. Takaiçi “Hər şeydən öncə Yaponiya” prinsipinə sadiqdir və bu yanaşma Trampın siyasəti ilə ideoloji baxımdan üst-üstə düşür.

WP-yə görə Takaiçinin baxışları belədir:

ABŞ və Yaponiya arasında möhkəm təhlükəsizlik ittifaqına inanır;

Ölkənin hərbi potensialını gücləndirmək niyyətindədir, bu baxımdan Trampın “digər ölkələr öz təhlükəsizliyinə daha çox cavabdeh olmalıdır” yanaşması ilə eyni düşüncədədir.

Məlumata görə, Tramp və Takaiçi bu həftəsonu görüşəcək. ABŞ liderinin Yaponiyaya rəsmi səfər edəcəyi barədə daha əvvəl “Kyodo” agentliyi xəbər vermişdi.

Amerika nəşri yazır:

“Sanae Takaiçi qatı millətçidir və təhlükəsizlik siyasətinin tərəfdarıdır. O, Yaponiyada yayılan antimiqrasiya əhval-ruhiyyəsindən istifadə edərək hakimiyyətə gəlib və “Hər şeydən öncə Yaponiya” şüarı altında milli maraqları və iqtisadiyyatı prioritet elan edib”.

Yaponiyanın ilk qadını qarşıda gözləyən çətinliklər də var.

“The Washington Post” qeyd edir ki, Takaiçi siyasi qeyri-sabitlik dövründə hakimiyyətə gəlib, son beş ildə Yaponiyanın dördüncü baş naziridir:

“Bu çətin durumda balansı tapmalıdır, çünki Tramp administrasiyasının Tokiodan tələbləri “Hər şeydən öncə Yaponiya” prinsipinə zidd ola bilər. Vaşinqton Yaponiyadakı ABŞ hərbi bazalarının Tokio tərəfindən maliyyələşdirilməsinin arırılması niyyətindədir. Takaiçi isə iki ölkə arasındakı ticarət sazişini bəzi məqamlarına görə Yaponiyanın maraqlarına uyğun saymır”.

Seçilən
84
teleqraf.com

1Mənbələr