Olimpiya çempionu Hidayət Heydərov "Judo TV"yə müsahibə verib.
Offsideplus.az xəbər verir ki, Qvadalaxara Qran-prisində qızıl medal qazanan idmançı yenidən zirvəyə qayıdacağına inanır:
"Hətta dünya çempionatında uduzanda da bilirdim ki, yenə zirvəyə qayıdacağam. Peşəkar idmanda enişlər və yüksəlişlər olur - sən ya zirvədəsən, ya da enişdəsən. Sözün açığı, mən eniş dövrünə görə çox da narahat olmuram. Mən olimpiya, dünya və Avropa çempionuyam və yenidən qayıdacağıma əminəm. Bütün bu tənqidlər isə məni sadəcə motivasiya edir – mən bunu sevirəm".