AZ

Limonlu Poşet – Yüngül və Zərif Desert

Limonlu

İngilis mətbəxinə aid klassik Limonlu Posset – həm hazırlaması asan, həm də görünüşü ilə fərqlənən ləzzətli krem desertidir. Xüsusilə yaz-payız aylarında təravətləndirici dadı ilə ideal seçimdir.Tərkibi:- 3,5 limon (servis üçün qab kimi istifadə olunur) - 400 ml qaymaq (30%) - 140 q şəkər - 7 x.q limon suyu - 1 limonun qabığı (rəndələnmiş) - Vanil Hazırlanması:1. Limonları yarıya bölüb içlərini çıxarın. 7 x.q limon suyunu ayırın.2. Qazana şəkər və limon qabığı əlavə edib qarışdırın. Üzərinə qaymağı əlavə edib orta odda təxminən 4 dəqiqə qızdırın (qaynatmadan).3. Ocağı söndürüb qarışığı 1–2 dəqiqə soyudun, sonra limon suyu və vanili əlavə edin.4. Hazır qarışığı limon qabıqlarının içərisinə doldurun və soyuducuda minimum 3 saat, ideal olaraq gecə boyu saxlayın.Servis üçün ipucu:Üzərinə nanə yarpağı və ya qatılaşdırılmış limon qabığı səpərək daha şık görünüş əldə edə bilərsiniz.Reseptlərinizi və mətbəx sirrlərinizi [email protected] ünvanına göndərərək Ulusum.az‑ın resept rubrikasında yer ala bilərsiniz. Dad paylaşdıqca gözəldir!

Diqqət Çəkənlər

"Rənglərin Qardaşlığı” adlı beynəlxalq rəsm sərgisi keçiriləcək

Dünyanı Sənat Qurtaracaq

Portağal Mürəbbəsi – Qışın Ən Ətri və Ləzzətli Resepti!

Seçilən
94
ulusum.az

1Mənbələr