Şimali Kipr Türk Cümhuriyyəti Türkiyəyə birləşməlidir.
APA xəbər verir ki, bu barədə MHP sədri Dövlət Baxçalı bildirib.
O, Şimali Kipr Türk Cümhuriyyətinin parlamentini təcili olaraq Türkiyə Cümhuriyyətinin tərkibinə qatılması ilə bağlı səsverməyə çağırıb.
“Şimali Kipr Türk Cümhuriyyətində seçkilərin nəticələri çox aşağı seçici fəallığı ilə əldə edilib. Seçkilərin nəticələri artıq elan edilmiş olsa belə, parlament dərhal toplanmalı, seçkilərin nəticələrini, federal dövlətə qayıtmağı qəbuledilməz elan etməli və Türkiyəyə birləşməyə qərar verməlidir. Bu məsələnin demokratik hüquqlarla heç bir əlaqəsi yoxdur”, - MHP lideri vurğulayıb.