AZ

“Məktəbli Kuboku”na Siyəzəndə start verilib - Video/Foto

“Məktəbli Kuboku” turniri start götürüb. 

Fanat.Az xəbər verir ki, ilk olaraq Siyəzən rayonunda 5-ci və 7-ci sinif oğlanlar arasında oyunlar keçirilib. 

7-ci sinifdə 12, 5-ci sinifdə isə 10 məktəbin şagirdləri arasında mübarizə başlayıb.

Turnirin son günündə bağlanış mərasimi təşkil olunacaq. Daxili birincilik başa çatdıqdan sonra hər iki qrup üzrə çempion komanda rayonu bölgə yarışlarında - Regional finallarda təmsil edəcək.
 
İlk günün nəticələrini nəzərinizə çatdırırıq:
 
5-ci siniflər
Gilgilçay qəsəbəsi - 4 nömrəli məktəb - 3:1
3 nömrəli məktəb - Zarat - 2:1
 
7-ci siniflər
Yenikənd - 1 nömrəli məktəb - 1:7
Böyük Həmyə - Gilgilçay qəsəbəsi - 4:7

 

Seçilən
27
fanat.az

1Mənbələr