Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun oğlu Kriştiano Junior 16 yaşadək futbolçulardan ibarət yığmaya dəvət alıb.
Publika.az xəbər verir ki, 15 yaşlı futbolçu bu yaş kateqoriyasında ilk dəfə milliyə çağırılıb. Portuqaliyanın U-16 komandası Türkiyədə keçiriləcək turnirdə iştirak edəcək və burada ev sahibi, İngiltərə və Uels yığmaları ilə qarşılaşacaq.
Ronaldo Junior hazırda “Əl-Nəsr” klubunun gənclər komandalarında çıxış edir.
 
                        