AZ

Yaponiyada ilk dəfə qadın baş nazir seçildi

Yaponiya parlamenti Sanae Takaiçi ölkənin ilk qadın baş naziri seçib.

Busaat.az xəbər verir ki, Takaiçi 465 yerlik parlamentin aşağı palatasında 237 səs çoxluğunu qazanıb.

Yuxarı palatada səs çoxluğu ilə təsdiqləndikdən sonra o, bu gün axşam saatlarında rəsmi olaraq and içəcək.

“Japan Times”ın məlumatına görə, Yaponiya parlamentinin iclasında ölkənin yeni baş nazirinin seçilməsi üçün səsvermə keçirilib. Buna uyğun olaraq, bu ay Liberal Demokrat Partiyasının (LDP) liderlik seçkilərində qalib gələn Takaichi Sanae 237 səslə baş nazir seçilib.

Yeganə

 

Seçilən
104
busaat.az

1Mənbələr