AZ

WP: “Ağ Evin bir hissəsi sökülür” | VİDEO

AzVision.az xəbər verir ki, “The Washington Post (WP)” nəşrinin məlumatına görə, fəhlələr Ağ Evin şərq qanadını sökürlər, ekskavator isə binanın özünü dağıdıb. Maşınların səsləri Ağ Evin bütün ərazisində eşidilir.

Bununla belə, Amerika lideri tikinti işlərinin Ağ Evin mövcud strukturuna təsir etməyəcəyini bildirib.

“Tikinti işləri mövcud binaya müdaxilə etməyəcək. Bu, olmayacaq. Ağ Evin yanında olacaq, amma ona toxunmayacaq”,- bu ilin iyul ayında müvafiq sərəncam imzalayarkən Donald Tramp deyib.

Amerikalı məmurlar tikintisi gedən bal (rəqslər və qəbullar) zalının Ağ Evin Şərq qanadını əvəz edəcəyini və Trampın prezident olmasından xeyli əvvəl strukturda çoxsaylı dəyişikliklərin nəzərdə tutulduğunu diqqətə çatdırıblar.

ABŞ prezidenti əvvəlcə layihənin dəyərini 200 milyon dollar olacağını düşünsə də, sonradan bu rəqəmi 250 milyon dollara çatdırıb. Donald Trampqeyd edib ki, bal zalının tutumu Şərq otağından üç dəfə çox - 650 nəfərə qədər olacaq.

“The Wall Street Journal (WSJ)” nəşri, öz növbəsində, yazır ki, ABŞ-nin Maliyyə nazirliyi öz əməkdaşlarına Ağ Evin Şərq qanadının təmirini çəkməməyi, habelə digərlərinin çəkdiyi fotoşəkillərivə görüntüləri yaymamağı tövsiyə edib.

- Ağ Evin ərazisində tikinti davam etdiyi üçün işçilər İctimai Əlaqələr idarəsindən əvvəlcədən icazə almadan ərazinin, o cümlədən Şərq qanadının fotoşəkillərini çəkməkdən və ya paylaşmaqdan çəkinməlidirlər”,- nazirliyin məmurlarından biri qəzetə açıqlamasında vurğulayıb.

Bununla belə, sosial şəbəkələrdə Ağ Evin Şərq qanadında aparılan söküntü işləri ilə bağlı video-materiallar yayılmaqdadır.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
89
50
azvision.az

10Mənbələr