Bakı. Trend:
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) nümayəndə heyətiLondonda keçirilən Beynəlxalq Dəniz Təşkilatının (BDT) Dəniz ətrafmühitinin mühafizəsi üzrə komitəsinin 2-ci növbədənkənarsessiyasında ölkəmizi təmsil edib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trend-ə verilən məlumatagörə, tədbirdə İdarə heyəti sədrinin müşaviri Habil Abbasov vəDəniz ətraf mühitinin mühafizəsi şöbəsinin müdiri Fərid Murtuzoviştirak ediblər.
Bildirilib ki, sessiya zamanı “Dənizin gəmilərdənçirkləndirilməsinin qarşısının alınması haqqında” 1973-cü iltarixli Beynəlxalq Konvensiyanın VI əlavəsinə təklif olunandəyişikliklər, BDT-nin “Xalis sıfır çərçivəsi”, işçi qruplarınhesabatları və iş planları müzakirə olunub, müvafiq qərarlar qəbuledilib.
Tədbir çərçivəsində “Xalis sıfır çərçivəsi”nin qəbulu ilə bağlımüzakirələrin davam etdirilməsinin bir il müddətinə təxirəsalınması barədə razılıq əldə olunub. Bu müddət ərzində üzvdövlətlər BDT-nin “Xalis sıfır çərçivəsi” üzrə konsensusistiqamətində işləməyə davam edəcəklər.
DDLA-nın İdarə heyəti sədrinin müşaviri Habil Abbasov sessiyanınvacibliyini vurğulayaraq gəmilərdən atılan istixana qazlarıemissiyalarının azaldılması istiqamətində komitə tərəfindən qəbuledilən qərarların əhəmiyyətindən danışıb. Bildirib ki, sənədlayihəsinin yenidən işlənməsi məqsədilə müzakirələrin davametdirilməsinin bir il müddətinə təxirə salınması əhəmiyyətli addımhesab olunur.