Gümrüdə baş verən qarşıdurmalarla bağlı açılmış “kütləvi iğtişaş” işi ilə bağlı 33 nəfər saxlanılıb.
Publika.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Bildirilir ki, bir qrup vətəndaş müstəntiqlərin işinə mane olmağa cəhd göstərib, ictimai təhlükəsizliyə təhlükə yaradan iğtişaşlar törədib, əmlaka ziyan vurub, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı zor tətbiq edib.
Xatırladaq ki, oktyabrın 20-də səhər saatlarında təhlükəsizlik qüvvələri Gümrü şəhər meriyasında axtarışlar aparıb.
Daha sonra Gümrü meri Vardan Qukasyan və daha 7 nəfərin rüşvət almaq ittihamı ilə saxlanılıb.