AZ

Türkiyə və Ermənistan Gümrü-Qars dəmir yolunun açılmasını müzakirə edəcək

BAKI, 21 oktyabr. TELEQRAF

Gümrü-Qars dəmir yolunun bərpası ilə bağlı yaxın vaxtlarda türkiyəli tərəfdaşlarla qurumlararası görüş keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Türkiyə üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan jurnalistlərlə söhbətində bildirib.

Xüsusi nümayəndə görüşün harada keçiriləcəyini açıqlamayıb.

Rubinyan Türkiyə hökumətinin xüsusi nümayəndəsi Sərdar Kılıçın Ermənistana gələrkən pasportuna xüsusi möhürün vurulub-vurulmaması ilə bağlı suala belə cavab verib: “Bunu xüsusi qurumlardan soruşun”.

Seçilən
84
teleqraf.com

1Mənbələr