AZ

Qazaxıstan Prezidenti Azərbaycan ilə Ermənistan arasında Vaşinqton sazişlərinin tarixi əhəmiyyətini vurğulayıb

Astana. Trend:

Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinciiclasında çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart TokayevAzərbaycan ilə Ermənistan arasında Vaşinqton sazişlərinin tarixiəhəmiyyətini vurğulayıb.

Trend xəbər verir ki,Qazaxıstan dövlətinin başçısı deyib: “Azərbaycan ilə Ermənistanarasında münaqişənin sülh yolu ilə nizamlanmasına dair Bəyannamənintarixi əhəmiyyətini ayrıca qeyd etmək istərdim. ABŞ PrezidentiDonald Trampın haqlı olaraq qeyd etdiyi kimi, çox güclü mövqedəolmağınıza baxmayaraq, belə mühüm sənədin imzalanmasına getdiniz vəbu, Azərbaycanın və rəhbərlik etdiyiniz Azərbaycan xalqının xüsusimövqeyindən, öz potensialına inamından xəbər verir. Nümayişetdirdiyiniz güclü siyasi iradə və strateji baxış mürəkkəbməsələlərin həllinə müdrik yanaşmanın və gələcək nəsillərin taleyiüçün məsuliyyətin parlaq nümunəsi kimi çıxış edir”.

Prezident Tokayev, həmçinin vurğulayıb ki, iki ölkə arasındaəldə olunan razılaşmalar bütün regionda və onun hüdudlarındankənarda əməkdaşlıq üçün yeni üfüqlər açır.

Seçilən
32
25
az.trend.az

10Mənbələr