AZ

Dunay Bədirxanov: Peyk istehsalının Azərbaycana gətirilməsi texnoloji potensialın artımını göstərir

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Azərbaycan "Azersky-2" layihəsi ilə peyklərin istehsalını özü həyata keçirəcək".

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən Dunay Bədirxanov "Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili" adlı tədbir çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, bunun üçün artıq müvafiq şirkət təsis olunub: "Şirkətin əsas məqsədi kosmik aparatların istehsalıdır. İlkin mərhələdə peykləri Azərbaycanın özü istehsal ediləcək. Eyni zamanda, bu imkanlardan istifadə edərək region və dünya üçün də müxtəlif təyinatlı peyklərin Azərbaycanda istehsalını planlaşdırırıq".

"Peyk istehsalının Azərbaycana gətirilməsi təkcə kosmik sahənin inkişafı deyil, həm də ölkənin texnoloji potensialının artımını göstərir", - deyə D.Bədirxanov vurğulayıb.

Məhərrəm Əliyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
138
oxu.az

1Mənbələr