Slovakiya məhkəməsi ölkənin Baş naziri Robert Fitsoya qarşı sui-qəsd törədən Yuray Sintula ilə bağlı hökmü elan edib.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 72 yaşlı Sintula 21 il həbs cəzasına məhkum olunub.
Xatırladaq ki, ötən ilin mayında R.Fitsoya qarşı Handlova şəhərində sui-qəsd törədilib. Hadisə nəticəsində siyasətçi baş və qarın nahiyələrindən xəsarətlər alıb. O, aylarla müalicəsini davam etdirib, iki dəfə əməliyyat olunub. Baş nazir yalnız iyul ayında vəzifəsinin icrasına başlaya bilib.
"Cebheinfo.az"