AZ

Dünya çempionatı: Bu gün Azərbaycanın daha bir güləşçisi medal görüşünə çıxacaq

Bakı, 21 oktyabr, AZƏRTAC

Azərbaycanın yunan-Roma güləşçisi Laçın Vəliyev Serbiyanın Novi Sad şəhərində təşkil olunan U-23 dünya çempionatında bürünc medal görüşünə çıxacaq.

AZƏRTAC xəbər verir ki, 87 kiloqram çəki dərəcəsində çıxış edən idmançı təsəlliverici qarşılaşmada özbəkistanlı Murodyon Alimyanova 7:5 hesabı ilə qalib gəlib. O, üçüncü yer uğrunda görüşdə italiyalı Leon Rivalta ilə üz-üzə gələcək.

Bu gün, həmçinin Ziya Babaşov (63 kiloqram) finalda moldovalı Vitali Yeryomenkonu sınağa çəkəcək.

Qeyd edək ki, mundiala oktyabrın 27-də yekun vurulacaq.

 

Seçilən
72
2
azertag.az

3Mənbələr