UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunun "Atletik" - "Qarabağ" oyununa böyük maraq var.
QOL.az xəbər verir ki, bu haqda İspaniyanın "Marca" nəşri məlumat yayıb. Bildirilib ki, oktyabrın 22-də "San-Mames" arenasında keçiriləcək matç üçün biletlər tükənmək üzrədir.
Bilbaodakı bu arenanın 53 min tamaşaçı tutumu var.
"Marca"nın yazısında qeyd edilir ki, bu mövsüm CL-də keçirdiyi 2 oyunda qalib gələ bilməyən "Atletik"in bu seriyaya öz azarkeşləri önündə "Qarabağ"la matçda qoymaq şansı var. Amma eyni zamanda Ağdam klubunun 2 oyunda 2 qələbə qazanmasına da diqqət çəkilir.
Həmçinin bildirilib ki, matça ən ucuz biletin qiyməti 180 avro, birinci sinif üçün isə 377 avro təşkil edir. Bilet sayı isə artıq məhduddur.