AZ

Rusiya XİN CNN-in xəbərinə cavab verdi – “Anlayışımız yoxdu”

“Razılaşdırılmamış bir şeyi təxirə salmaq mümkün deyil, lakin Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında görüş ideyası mövcuddur”.

NOCOMMENT.az RBC-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rubio və Lavrov arasında bu həftə gözlənilən görüşün təxirə salınması barədə CNN-in xəbərini şərh edərkən bildirib.

“Biz bəzi Qərb mənbələrinin dünən yazdıqlarını təsdiq etməmişik. Bu cür təmasın vaxtı və yeri barədə dəqiq anlayışımız yox idi”, – deyə Ryabkov vurğulayıb.

Nazir müavininin sözlərinə görə, belə görüşün əhəmiyyəti “yüksək” olduğundan, hazırlıq tələb olunur: “Və biz bununla məşğuluq. Dünən nazirin dövlət katibi ilə telefon danışığı buna həsr olunub”.

CNN mənbəyə istinadən bildirib ki, Rubio və Lavrovun telefon danışığından sonra Vaşinqtonda qərara alıblar ki, Moskvanın mövqeyinin kifayət qədər irəliləməyib. Mənbə bildirib ki, dövlət katibi çətin ki, gələn həftə Donald Tramp və Vladimir Putin arasında sammit keçirməyi tövsiyə etsin, lakin o, bu həftə Lavrovla yenidən danışa bilər.

Xatirə SADİQ

Seçilən
59
nocomment.az

1Mənbələr