BAKI, 21 oktyabr. TELEQRAF
ABŞ-nin investisiya bankı "Goldman Sachs" Beynəlxalq Enerji Agentliyi (IEA) və ABŞ-nin rəsmi ehtiyat göstəricilərinə istinad edərək, neft bazarında təklif profisiti yarandığını açıqlayıb.
Teleqraf "Bloomberg"- ə istinadən xəbər verir ki, analitiklər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən təsdiqlənmiş kommersiya ehtiyatlarının ilin əvvəlindən gündəlik 340 000 barel artaraq bu günə qədərki ümumi ehtiyatların dörddə birini təşkil etdiyini bildiriblər.
"Goldman Sachs" 2026-cı ilin dördüncü rübündə Brent markalı neftin 52 dollar/barelə qədər ucuzlaşacağını proqnozlaşdırıb.
 
                        