AZ

“Space TV” kanalına xəbərdarlıq olundu

21 oktyabr 2025-ci il tarixində Azərbaycan RespublikasıAudiovizual Şurasının növbəti iclası keçirilmişdir. İclasda 2025-ciil oktyabrın 8-də, saat 22.06-23.09 arası "Space TV" kanalınınefirində yayımlanan "Banu" proqramında bölgələrin birindəkeçirilmiş qohum evliliyinə dair toy şənliyinin nümayişi müzakirəolunmuşdur.

Müzakirələr zamanı proqramın həmin buraxılışı ölkəmizdə ailəinstitutunun möhkəmləndirilməsi, ailə rifahının və sosialdəyərlərin qorunması istiqamətində aparılan hüquqi islahatlarınmühüm nəticələrindən biri kimi 01 iyul 2025-ci il tarixindənqüvvəyə minmiş "Azərbaycan Respublikasının Ailə Məcəlləsinə"edilmiş qohumlar arasında evliliyin qadağan olunması ilə bağlımüvafiq dəyişikliklliklər prizmasından qiymətləndirilmişdir.Hazırda Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 12.0.2-1-cimaddəsinə görə qardaşların və (və ya) bacıların ümumi bioloji babavə (və ya) nənəsi olan uşaqları arasında nikahın bağlanmasına yolverilmir.

Audiovizual Şuranın Audiovizual proqramların monitorinqi vətəhlili şöbəsinin mütəxəssisləri tərəfindən yaxın qohumlar arasındabaş tutan toy məclisinin "Space TV" kanalında nümayişi faktımüəyyən olunmuşdur. Daha sonra məsələnin ətraflı araşdırılmasıməqsədilə kanala sorğu ünvanlanmışdır. Sorğuya verilən rəsmi cavabaəsasən süjetdə göstərilən toy şənliyi qanunvericilikdəyişikliklərinin qüvvəyə minməsindən xeyli əvvəl (rəsmi nikah 06mart 2025-ci il tarixdə qeydə alınmışdır) baş tutmuşdur. Lakin birneçə ay əvvəl lentə alınmış toy şənliyi televiziya kanalınınmütəxəssislərinin texniki nöqsanı səbəbindən efirə oktyabr ayındaverilmişdir.

İclas zamanı məsələ diqqətlə müzakirə edilmiş və proqramın 08oktyabr 2025-ci il tarixli buraxılışında yuxarıda qeyd olunan yeniqanunvericilik tələblərinin pozuntusunun baş verdiyi qənaətinəgəlinmiş, bu hal redaksiya nəzarətinin qeyri-qənaətbəxş olmasınıntəzahürü hesab edilmişdir. Sonda, yayımçıya göndərilmiş sorğuyacavabda pozuntunun etiraf edilməsi və nöqsan buraxmış əməkdaşlabağlı zəruri tədbirlərin görülməsi nəzərə alınaraq AudiovizualŞuranın üzvləri "Space TV" kanalına yalnız xəbərdarlıq edilməsibarədə razılığa gəlmişlər.

Audiovizual Şura bütün yayımçılardan proqramlardaqanunvericiliyin tələblərinə riayət olunmasını tələb edir,monitorinq və nəzarət tədbirlərinin davam edəcəyini bildirir.

Seçilən
59
48
az.trend.az

10Mənbələr