AZ

Fransanın sabiq prezidenti Nikola Sarkozi həbs edildi

Fransada "Liviya işi" çərçivəsində cinayətkar dəstə yaratmaqda təqsirləndirilən və 5 il azadlıqdan məhrum edilən sabiq prezident Nikola Sarkozi həbs edilib. O, yerli vaxtla saat 09:40-da Parisdə yerləşən La Santé həbsxanasına daxil olub. Həbs olunmazdan əvvəl Sarkozinin bəzi inzibati prosedurları tamamlaması tələb olunur.

Sarkozi bu həbsxanada təkadamlıq, 11 kvadratmetrlik, pəncərəsi olan bir kamerada saxlanılacaq.

ABŞ mənşəli X sosial media platformasında paylaşım edən Sarkozi bildirib:
"Bu gün həbs olunan bir keçmiş prezident deyil, bir günahsızdır."

O, bu "ədalət qalmaqalına" qarşı çıxmağa davam edəcəyini vurğulayaraq əlavə edib:
"Əminəm ki, həqiqət qalib gələcək."

Yerli mediaya görə, La Santé həbsxanasının rəisi Sebastyen Kovel Sarkozinin digər məhbuslardan təcrid olunacağını təsdiqləyib və onun yerləşdiriləcəyi kameranı “ölkədəki ən təhlükəsiz hüceyrə” adlandırıb.

Kovel qeyd edib ki, Sarkozinin gündə iki dəfə gəzinti hüququ və təkbaşına istifadə edə biləcəyi fəaliyyət otağına çıxışı olacaq. Sabiq prezident həbs müddəti ərzində yalnız qalacaq.

Sarkozinin vəkili Kristofer İnqrən müvəkkilinin azad olunması üçün dərhal müraciət edəcəyini bildirib və hətta onun həbsdə keçirdiyi bir gecənin belə lüzumsuz olduğunu deyib.

Beləliklə, Sarkozi 1958-ci ildən bəri Fransada həbs olunan ilk sabiq prezident olub.

Aytac,

Sitat.info 

 

Seçilən
36
sitat.info

1Mənbələr