AZ

Sarkozi habsxanaya yollanıb | VİDEO

AzVision.az xəbər verir ki, Fransa KİV-ləri bununla bağlı məlumat və video-material yayıblar. Fransanın keçmiş dövlət başçısı sentyabrın 25-də Liviya kampaniyasının maliyyələşdirilməsi işində“cinayətkar qruplaşmada şəriklik” də təqsirli bilinib, lakin dövlət vəsaitlərinin mənimsənilməsini gizlətmək və passiv korrupsiya ittihamlarından bəraət alıb.

Məhkəmə onun 2007-ci il seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsini müəyyənləşdirməyib. Bununla belə digər əməllərə görə, Sarkozi 5 il müddətinə azadlıqdan məhrum edilib.

Sentyabrın 28-də əsl həbs cəzası alacağını gözləmədiyini deyən Fransanın sabiq prezidenti apellyasiya şikayəti olmamış ona qarşı dərhal cəza təyin edilməsinin səbəbini anlamadığını diqqətə çatdırıb.

Nikolya Sarkozi 5 illik cəzasını Parisdə qalan yeganə həbsxanada çəkəcək. O, təkadamlıq kamerada saxlanılacaq.

“Le Figaro” qəzetinə müsahibəsində o, həbsxanaya özü ilə iki kitab götürəcəyini açıqlayıb:ata Aleksandr Dümanın ikicildlik “Qraf Monte Kristo” və Jan-Kristian Ptifisin “İsa. Məsihin həyatı” əsərləri.

Sarkozi “Liviya işi” üzrə təqsirli bilindi | YENİLƏNİB
Sosial şəbəkələrdə Fransanın sabiq prezidentinin bu gün cəzasını çəkməyə başlayacağı Paris həbsxanasına getmək üçün evindən çıxan zaman görüntüləri yayılıb. Sarkozinin tərəfdarları onun evinin qarşısına toplaşaraq ölkənin keçmiş liderini alqışlayıblar.

Onun vəkilləri Sarkozinin həbsdən azad edilməsi ilə bağlı vəsatət qaldıracağını bildirib

- Niklolya Sarkozinin azadlığa buraxılması üçün vəsatət artıq verilib”,- BMFTV telekanalı Fransanın keçmiş prezidentinin vəkili Kristof İnqrenin bəyanatından sitat gətirib.

Sarkozinin digər vəkili Jan-Mişel Darrau da onun katoliklərin Milad bayramına (25 dekabr) qədər azad olunacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, Fransanın sabiq liderinin azadlığa çıxması ilə bağlı vəsatət Sarkozinin həbsindən dərhal sonra verilib.

Qeyd edək ki, Nikola Sarkozi Fransanın müharibədən sonrakı tarixində həbs olunan ilk prezidentdir.

Müstəntiqlərin fikrincə, 2005-ci ildə Sarkozi Liviyanın ovaxtkı lideri Müəmmər Qəzzafi ilə beynəlxalq səhnədə siyasi dəstək müqabilində seçki kampaniyası üçün vəsait almaq barədə razılığa gəlib.



Sahil İsgəndərov
AzVision.az


Seçilən
92
azvision.az

1Mənbələr