AZ

Baş naziri güllələyən yazıçıya hökm oxundu

BAKI, 21 oktyabr. TELEQRAF

Slovakiya məhkəməsi 2024-cü il mayın 15-də Baş nazir Robert Fitsoya sui-qəsd cəhdinə görə 72 yaşlı təqaüdçü yazıçı Yuraj Sintulanı 21 il həbs cəzasına məhkum edib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin “Markiza” telekanalı məlumat yayıb.

Sintula terrorizmdə təqsirli bilinib. Yazıçı Qandlova şəhərində Slovakiya hökumətinin başçısına sui-qəsd cəhdi edib. Baş nazir bir neçə güllə yarası alıb, bir sıra əməliyyatlar keçirib və yalnız iki ay yarımdan sonra öz vəzifəsinə qayıda bilib.

Həkimlər Fitsonun möcüzə nəticəsində sağ qaldığını iddia edirlər.

Seçilən
94
teleqraf.com

1Mənbələr