Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunda keçiriləcək “Atletik” (Bilbao) – “Qarabağ” matçına biletlər tükənmək üzrədir.
Redaktor.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Bildirilib ki, qarşılaşmanın keçriləcəyi “San Mames” stadionunda bir neçə boş yer qalıb.
Matç üçün ən ucuz bilet isə 180 avrodur.
Qeyd edək ki, “Atletik” – “Qarabağ” matçı sabah saat 22:00-da başlayacaq.