AZ

Çində qasırğa ilə əlaqədar üç limanın fəaliyyəti dayandırılıb

Pekin, 21 oktyabr, AZƏRTAC

Çinin cənubundakı Haynan adasının əsas 3 limanında “Fenşen” qasırğası ilə əlaqədar fəaliyyət dayandırılıb.

AZƏRTAC xəbər verir ki, ilin 24-cü qasırğası olan “Fenşen”in adaya, habelə Çinin digər cənub bölgələrinə güclü külək və aramsız yağıntı gətirəcəyi gözlənilir. Bu səbəbdən Haynanın 3 limanının fəaliyyətinə oktyabrın 23-dək fasilə verilib.

Meteorologiya xidməti şərqə doğru saatda 20-25 kilometr sürətlə hərəkət edən qasırğanın törədə biləcəyi fəsadlarla əlaqədar xəbərdarlıq edib. Haynan adasında bəzi qatar səfərləri də təxirə salınıb. Quandon əyalətində də qabaqlayıcı tədbirlər görülür. Balıqçı qayıqları sahilə çağIrılıb, dənizdəki iş yerlərində olan işçilər təxliyə ediliblər.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
38
3
azertag.az

4Mənbələr