ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi görüş zamanı Ukrayna lideri Vladimir Zelenskiyə bildirib ki, Ukrayna yaxın vaxtlarda “Tomaqavk” tipli uzaqmənzilli raketlərin təhvil verilməsini gözləməməlidir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ''The Wall Street Journal'' iki ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Trampın əsas prioriteti Rusiya-Ukrayna münaqişəsinə son qoymaqdır. Görüş zamanı o, Zelenskiyə münaqişənin həllində “heç bir konkret ərazi nəticəsinə bağlı olmadığını” da qeyd edib.