AZ

ABŞ vitse-prezidenti İsraildə səfərdədir

ABŞ vitse-prezidenti Ceyms Devid Vens İsrailə gəlib.

APA bu barədə İsrail mətbuatına istinadən xəbər verir.

O, Qəzzada atəşkəs rejiminin icrasını yoxlamaq üçün bir sıra yerlərə baş çəkəcək.

ABŞ vitse-prezidenti sabah İsrailin Baş naziri Benyamin Netanyahu və prezidenti İsaak Hersok ilə görüşəcək.

Qeyd edək ki, ABŞ prezidentinin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkof və atəşkəs danışıqlarında iştirak edən Cared Kuşner də İsraildə səfərdədir.

Seçilən
105
6
apa.az

7Mənbələr