AZ

Ramiz Mehdiyevin ÇEVRİLİŞ PLANINDA Kimlər VAR? - Bu şəxslərin adı hallanır

Ramiz Mehdiyev ev dustağı olduqdan sonra onun barəsində müxtəlif sözlər deyilir. Şübhəsiz ki, istintaq hər şeyi müəyyənləşdirəcək. Amma araşdırmasız da “boz kardinal”ın hansı “yuvanın quşu” olduğu məlumdur. Bəzi məmurlar, deputatlar və sabiq vəzifəli şəxslər nədənsə Ramiz Mehdiyev haqqında rəy bildirməkdən yayınırlar. Elə bil “bəlkə də qaytardılar” gümanı ilə gözləmə rejiminə düşüblər. Sirr deyil ki, bir çox deputat, bir çox məmur təyin olunmasında, karyerasında Ramiz Mehdiyevin “xeyir-dua”sını alıb. İndi çoxu mediadan qaçır? Niyə qaçırsınız? Bu adamla siz işləmisiniz, siz təmasda olmusunuz, gündəlik əlaqədə olmusunuz. Jurnalisti maraqlandıran suallara da siz cavab verməlisiniz. Gərək hamınızı danışdırmaq üçün istintaq aparılsın, məhkəmə olsun? Yaxşı ki, Dövlət Təhlükəsizliyi Xidməti bu məmləkətin keşiyində möhkəm dayanaraq başda Əli Nağıyev olmaqla öz işini peşəkarlıqla görüb düşmənləri, xainləri ifşa edir. Yoxsa bu xəyanətkar şəbəkə hələ çox torlar qurardı.

Ramiz Mehdiyev xəyanət planını tək həyata keçirdə bilməzdi. Onun tək olmadığı şübhəsizdi. Bağında keçirdiyi iclaslarda sabiqlərin toplanması da çox şey deyir. Eldar Mahmudov, Əbülfəs Qarayev, Ziya Məmmədovun Ramiz Mehdiyevlə çay içməsinin məramı dəqiqliyi ilə məlum olacaq. Heç kim yaxasını kənara çəkə bilməyəcək.

Elmira Axundova bir zaman Ramiz Mehdiyevi ağsaqqal, sirdaş adlandırırdı, indi söhbətdən yayınır. Mehdiyevin kitablarının əsas təbliğatçısı kimi tanınan Elmira Axundova bunun hədiyyəsi olaraq Ukraynaya səfir göndərilmişdi. Mehdiyevin Ukrayna şəbəkəsinə Ziya Məmmədovun qardaşı Elton Məmmədov da daxil olub. Rusiya-Ukrayna müharibəsində səfir Elmira Axundova həmin vaxt Ukraynada olan Azərbaycan vətəndaşları ilə maraqlanmadan, bütün diplomatik qaydalara tüpürərək aradan çıxıb. Elton Məmmədov isə separatçıların ələ keçirdiyi Donetskdə Ramiz Mehdiyevə məxsus donuz ferması ilə məşğul olub. Siyahını uzatmaq olar. Uzandıqca da uzanaq. Rəbiyyət Aslanova susur, halbuki “Qoca Mazelli” çevrəsindəkilərdən olub. 44 günlük müharibədə ortadan qeyb olaraq “mən evdən işləyirdim” deyən Elmar Məmmədyarov da sükutu pozmur. “Naxçıvan xanı” ləqəbini alıb getmiş Vasif Talıbovun, vaxtilə müavininin məhkəmə prosesində adı Ramiz Mehdiyevlə birgə işlərdə hallanan sabiq Bakı meri Hacıbala Abutalıbovun da “Ramiz Mehdiyev işi” barədə fikrini bilmək maraqlıdır. Əslində çox adlar çəkmək olar. Ramiz Mehdiyev illərdi öz şəbəkəsini o qədər çoxaldıb ki, onları ifşa etmək gərgin iş tələb edəcək. İnanıram ki, Dəmir Yumruqla erməniləri əzdiyimiz kimi, daxildəki erməniləri də tapıb məhv edə biləcəyik.
Seçilən
80
paytaxt.org

1Mənbələr