AZ

Polşa “həbs edə bilərik” dedi - Putin Budapeştə Trampın təyyarəsi ilə uçacaq?

BAKI, 21 oktyabr. TELEQRAF

Kremlin sözçüsü Dmitri Peskov mətbuatda Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Budapeşt görüşünə eyni təyyarədə gələcəyi ilə bağlı yayılan məlumatı “fantaziya” adlandırıb.

Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərə bildirib.

“Bunu fantaziya hesab edirəm”, - Kremlin nümayəndəsi müvafiq sualı cavablandırarkən deyib.

Polşa xarici işlər naziri Radoslav Sikorski bundan əvvəl bəyan edib ki, Varşava Putinin təyyarəsinin ölkənin hava məkanı vasitəsilə Macarıstana uçmasına icazə verməyə bilər.

“Polşa məhkəməsi Vladimir Putini daşıyan təyyarəni Beynəlxalq Cinayətlər Məhkəməsinə təhvil vermək üçün hökumətə Polşanın hava məkanında saxlanması barədə göstəriş verə bilər”, - nazir əlavə edib.

Kremlin mətbuat xidməti ötən həftə ABŞ və Rusiya prezidentlərinin görüşünün yaxın günlərdə baş tutacağını açıqlamışdı.

Seçilən
42
teleqraf.com

1Mənbələr