Oktyabrın 21-də saat 11:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu ərazisindən vətəndaşın halının pisləşməsi səbəbi ilə çağırış daxil olub. "Bakuinfo" xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verib. Məlumatda qeyd olunub ki, dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub: "Təcili tibbi yardım briqadası tərəfindən 56 yaşlı şəxs (kişi) arterial hipertenziya diaqnozu ilə Xətai Tibb Mərkəzinə hospitalizasiya olunub. Tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində ona zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta