Fransanın sabiq prezidenti Nikola Sarkozinin vəkilləri onun azadlığa buraxılması üçün məhkəməyə vəsatət təqdim ediblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
BFMTV telekanalı Sarkozinin vəkili Kristof İnqreynə istinadən xəbər verir ki, “onun azadlığa buraxılması barədə sorğu artıq verilib”.
Xatırladaq ki, Nikola Sarkozy 2007-ci il prezident seçkiləri kampaniyasının Liviyanın vəsaiti ilə maliyyələşdirilməsi ilə bağlı cinayət işi çərçivəsində La Sante həbsxanasına yerləşdirilmişdi.