ABŞ prezidenti Donald Tramp Cənubi Koreyaya səfər edəcək.
Publika.az xəbər verir ki, bu barədə Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında məlumat verib.
O, həmçinin səfər çərçivəsində Çin sədri Si Cinpinlə görüşəcəyini bildirib.
Trampın sözlərinə görə, Çin ABŞ-a hörmətlə yanaşır və rüsumlar vasitəsilə yüksək məbləğdə ödənişlər edir: “Düşünürəm ki, Çinlə çox güclü bir ticarət müqaviləsi bağlayacağıq. Hər iki ölkə bu razılaşmadan məmnun qalacaq”.