ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
ABŞ-ın sabiq prezidenti Co Bayden şüa terapiyası müalicəsini başa vurub.
Globalinfo.az xəbər verir ki, bununla bağlı onun sözçüsü Kelli Skali məlumat yayıb.
Bayden ilk dəfə may ayında metastatik prostat xərçəngi diaqnozu qoyulduğunu açıqlayıb, oktyabrın əvvəlində isə şüa terapiyasına keçdiyini bəyan edib. O bu xəstəliyi aqressiv, yüksək riskli xərçəng növü adlandırıb.
82 yaşlı Bayden Pensilvaniya Universitetinin radiasiya onkologiyası klinikasında terapiya keçib.
Radiasiya terapiyası Baydenin son tibbi proseduru deyil. Sentyabrda o, xərçəngli dəri böyümələrini aradan qaldırmaq üçün əməliyyat olunub.
Safura Bənnayeva
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.