AZ

Tarixi zəfərin ideoloji əsaslarının gənclər arasında təbliği layihəsinin icrasına başlanılıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin həyata keçirdiyi “Tarixi Zəfərin ideoloji əsaslarının gənclər arasında təbliği” adlı layihənin icrasına başlanılıb.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri və “Tarixi Zəfərin ideoloji əsaslarının gənclər arasında təbliği” adlı layihənin rəhbəri Emin Həsənli saytımıza bildirilib ki, layihənin məqsədi 44 günlük vətən müharibəsində ordumuzun qazandığı zəfərin bu il 5 illik yubleyidir. Azərbaycan tarixinə qızıl həriflərlə yazılan bu qəhrəmanlıq səlnaməsi haqqında hazırkı həssas dövürdə gənclər arasında maarifləndirici görüşlərin keçrilməsi çox əhəmiyyətlidir. Qlobal miqyasda təhlükəsizlik risklərinin və xarici təhdidlərin artdığı bir zamanda gənclərdə özünə inam hissinin aşlanmasına böyük ehtiyac vardır. Layihə çərçivəsində ordumuzun qəhrəmanlığını tərənnüm edən sənədli film hazırlanacaq, Bakı, Yevlax, Tərtər və Bərdə rayonlarında gənclər üçün nümayiş olunacaq. Hər tədbirə 100 nəfər iştirak edəcək.Gənclərlə keçrilən görüşə şəhid ailəsi üzvləri və müharibə iştirakçıları dəvət olunacaqdır.

Seçilən
34
1
herbiand.az

2Mənbələr