BAKI, 21 oktyabr. TELEQRAF
Cenevrədə keçirilən Parlamentlərarası İttifaqın 151-ci iclası çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüm oldu.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan sosial media hesabında yazıb.
“Müzakirələr zamanı Vaşinqtonda əldə olunan razılaşmaları və münasibətlərin normallaşdırılması istiqamətində atılan addımları alqışladıq. Həmçinin konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini vurğuladıq, parlamentlər səviyyəsində etimadın gücləndirilməsinə yönəlmiş addımların həyata keçirilməsinə dəstək verməyə hazır olduğumuzu bildirdik”, - o qeyd edib.